Tərtərdə bu günə kimi 200 nəfərə vaksin vurulub

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Tərtərdə ayın 21-dən başlayan vaksinasiya prosesində indiyə qədər 200 nəfərə vaksin vurulub.

Bu barədə AzerTimes-a Tərtər Rayon Mərkəzi Xəstəxanasından bildiblər. Qeyd olunub ki, bu günə kimi peyvənd olunan şəxslərin hər biri tibb işçiləridir:

“Tərtər rayonu üzrə vaksinasiyaya ayın 21-də başlanılıb. İlk gün 23 nəfər peyvənd olundu, daha sonrakı günlər bu say artmağa başladı. Xəstəxanada vaksinasiya üçün 6 otaq ayrılıb. Həmin otaqlardan ikisi sırf vaksinasiya otağıdır, digər biri isə vaksinasiyadan sonra pasiyentlərin yarım saat ərzində nəzarət altında saxlanılması üçündür”.

Xəstəxanadan bildiriblər ki, sıravi vətəndaşlar arasında da vaksinasiya üçün xeyli müraciət edənlər var.

Teqlər: