Tərtər. Çingiz Səfərli – Trend:
Tərtərdə Azərbqycan Respublikasının Dövlət Bayrağı Günü və Zəfər Günü ilə əlaqədar yürüş keçirilir.
AzerTimes-ın məlumatına görə, Tərtər şəhərinin girişindən başlayan yürüş Bayraq meydanında başa çatacaq.
Yürüşdə təhsil nazirinin müşaviri Elnur Əliyev, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov, rayon ziyalıları, təhsil işçiləri, məktəblilər və KİV nümayəndələri iştirak edir.