Tərtərdə baş verən qəza nəticəsində 1 nəfər ölüb

Tərtərdə baş verən qəzada 1 nəfər ölüb.

AzerTimes-ın yerli bürosunun xəbərinə görə, hadisə Xoruzlu kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayonu Güloğlular kənd sakini 1984-cü il təvəllüdlü Quliyev Sənan Aslan oğlu idarə etdiyi “VAZ” 2106 markalı avtomobillə qəza törədib. Qəza zamanı maşın elektrik dirəyinə çırpılıb. O, maşından düşmək isdəyərkən, cərəyan vurması səbəbindən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: