Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat xidmətinin regional qrupundan AzerTimes-a bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb.
Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.