Terrorçu Ermənistan ordusu Tərtər rayonunu yenə raketlə atəşə tutub.
Ərazidə yerləşən pambıq zavodunda güclü yanğın başlayıb.
Bu barədə məlumatı rayonda ezamiyyətdə olan Türkiyə jurnalistləri bildirib.
Qeyd edək ki, düşmən təxribatı nəticəsində hələki ölən və yaralanan aşkarlanmayıb.
Azərbaycan Respublikasının Baş prokurorluğu bu hərbi cinayət barədə ətraflı və rəsmi məlumat yayıb:
“19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 16 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş verib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.”