“Tərtər işi”nə görə ölən şəxslərdən ikisi ilə bağlı qərar qanunsuzdur.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Mehman Telman oğlu Hüseynov və Elxan Kəmaləddin oğlu Ağazadə barəsində dövlətə xəyanət ittihamı ilə aparılan cinayət təqibinə öldüklərinə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərarlar qanunsuz və əsassız olduğundan Baş prokuror tərəfindən ləğv edilib və onlarla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarların qəbul edilməsi təmin ediləcək.