“Tərtər işi” ilə bağlı ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən edilib

“Tərtər işi” ilə bağlı ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən
edilib

Bu barədə AzerTimes-a Baş prokurorluğunn mətbuat xidmətindən məlumat
verilib.

Bildirilib ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz
əməllərə məruz qalmış 280 yeni şəxs müəyyən edilərək zərərçəkmiş
şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli
dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri
təmin edilmişdir. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq
zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri
üzrə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən
edilib.

İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol
vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi
istiqamətində tədbirlər davam etdirilir.

Teqlər: