Tərtər Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
AzerTimes xəbər verir ki, Zabil Paşayev rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, eyni zamanda, dini qurumlarla işin təşkilatçısı vəzifəsinə təyin edilib.
Bu təyinata qədər Zabil Paşayev İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi kimi çalışıb. Zabil Paşayev yeni vəzifəsində sələfi Elvin Umudovu əvəzləyib.