Tərtər-Ağdərə yolunun inşasına başlanıldı – Video

Tərtər-Ağdərə yolunun inşasına başlanıldı – Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verib.

AzerTimes xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Məlumata görə, layihə üzrə yolun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr olacaq. Yol II texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşa edilir.

Hazırda yol boyunca deformasiyaya uğramış örtük və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır. Bundan başqa, suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır.

Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək.

Teqlər: