Türkiyəli məşhur aktyor Nurəddin Uçar ötən gün İstanbulun İstiqlal küçəsində baş verən partlayışda qızını və keçmiş həyat yoldaşını itirib.
AzerTimes xəbər verir ki, aktyor qızının fotosunu sosial şəbəkə hesabında paylaşıb:
“Qəbrin nurla dolsun, məkanın cənnət olsun, qızım”.
Qeyd edək ki, terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Xatırladaq ki, N.Uçar Türkiyənin məşhur “Diriliş Ərtoğrul” serialında yer alıb.