Xəbər verdiyimiz kimi, “Krokus Siti Holl”da terakt törədən 4 nəfər yaxalanıb.
AzerTimes xəbər verir ki, terrorçulardan birinin yaxalanarkən etirafları sosial şəbəkələrdə yayılıb.
O bildirib ki, tanımadığı şəxs tərəfindən təxminən bir ay əvvəl sifariş alıb: silahları sifarişçilər tədarük edib, hücum ediləcək yerin – “Krokus”un xəritəsi və şəkli göndərilib.
Sifarişə əsasən, qarşılarına çıxanları öldürmək müqabilində 500 min rubl təklif ediblər.
Terrorçunun sözlərinə görə, vəd edilən pulun yarısını onlayn formadaalıb, kartına yüklənib, yarısını isə teraktdan sonra alacaqmış.
Terrorçu deyir ki, onunla Teleqramda adı, soyadı göstərilməyən “vaiz köməkçisi” danışıb.
Yaxalanan terrorçu adını da açıqlayıb – Faudinov Şamsadin, 1998-ci il təvəllüdlü.
Qeyd edək ki, bundan öncə saxlanıldığı bildirilən terrorçular arasında bu adlı şəxs yoxdur.