Terrorçuluğu maliyyələşdirən şəxs həbs edildi

Terrorçuluğu maliyyələşdirən şəxs həbs edildi

Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib.

AzerTimes xəbər verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Yusif Sultan oğlu Əliyev barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub.

Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun Telegram və Vatsap sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədi ilə xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Davam edən cinayət işi üzrə Yusif Əliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilir.

Teqlər: