İŞİD-lə əlaqəli “Amaq” resursu “Krokus Siti Holl”da terrorçular tərəfindən lentə alındığı iddia edilən kadrları dərc edib.
AzerTimes xəbər verir ki, cinayətkarlardan birinin lentə aldığı videoda əyləncə mərkəzinin ətrafında silahlı insanların islamçı şüarlar səsləndirdiyi görünür.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Krasnoqorskdakı “Krokus Sity Holl” konsert zalına silahlı hücum nəticəsində 133 nəfər (qeyri-rəsmi məlumata görə 150 nəfər) ölüb, 154 nəfər yaralanıb.