Dünən Dağıstanda terror aksiyasında iştirak edən terrorçulardan biri Əli Zakariqayev Ədalətli Rusiya – Həqiqət uğrunda Partiyasının üzvü imiş.
AzerTimes xəbər verir ki, bu barədə partiyanın verdiyi açıqlamada qeyd olunub.
Məlumata görə, Zakariqayev 2021-ci ilə kimi partiyanın Serqokalinsk rayonu şöbəsinin sədri olub.
Partiya bu gün Zakariqayevi sıralarından qovduğunu bildirib.
Qeyd edək ki, iyunun 23-də Dağıstanda baş verən terror aktları nəticəsində ən son məlumata görə 17 polis əməkdaşı öldürülüb. Antiterror əməliyyatı nəticəsində 5 terrorçu məhv edilib.