Terrorçular yürüş etdi, polislər baxmaqla kifayətləndi

Terrorçular yürüş etdi, polislər baxmaqla kifayətləndi

YPG/PKK terror təşkilatının tərəfdarları Stokholmda Norra Bantorget meydanında toplaşaraq İsveç parlamentinin qarşısına yürüş ediblər.

AzerTimes xəbər verir ki, təşkilat tərəfdarları İsveçin NATO-ya üzv olmamasını və Türkiyəyə etdiyi güzəştlərdən geri çəkilməsini tələb ediblər.

“Hamımız PKK-lıyıq” şüarları səsləndirən terror tərəfdarları İsveç Baş naziri Maqdalena Andersson və xarici işlər naziri Ann Linde əleyhinə də şüarlar səsləndiriblər.

Təhlükəsizlik işçiləri isə terrorçu lider Öcalanın plakatları ilə şüarlar səsləndirən PKK üzvlərini izləməklə kifayətlənib.

Teqlər: