Terrorçular Vüqar Abbas və Hüseyn Əkbər həbs edildi

Terrorçular Vüqar Abbas və Hüseyn Əkbər həbs edildi

Mayın 16-da Pakistanın Sind əyalətinin Kəraçi şəhərində İrana bağlı “Zeynəbiyyun” terror təşkilatının Vüqar Abbas və Hüseyn Əkbər adlı iki silahlısı həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə əyalət polisinin Terrorla Mübarizə İdarəsinin rəisi Asəf Ecaz Şeyx məlumat yayıb.

“Hər iki müttəhim İranda təlim keçib, İranın kəşfiyyat orqanlarının göstərişi ilə Kəraçidə din alimləri və müxalif dini qrupun üzvlərini hədəf alıb. Həbs edilən şəxslər ötən ilin sentyabr ayından cari ilin 21 fevralına kimi Kəraçidə 17 din xadimini öldürüb, 11-i isə yaralayıb”, – o bildirib.

Pakistanın polis rəsmilərinin bildirdiyinə görə, Kəraçidə İranın dəstəklədiyi “Zeynəbiyyun” silahlı qruplaşmasının 23 üzvünün adı müəyyən edilib və onların tutulması üçün tədbirlər görülür.

Qeyd edək ki, pakistanlı radikal şiələrdən ibarət olan “Zeynəbiyyun” qruplaşması İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən yaradılıb. Bir müddət əvvəl İslamabad İrana bağlı radikal şiələrdən ibarət silahlı “Zeynəbiyyun” qruplaşmasını terrorçu təşkilatı elan edib.

Teqlər: