Terrorçular otelə hücum etdi: nazir yaralandı

Terrorçular otelə hücum etdi: nazir yaralandı

Somalidə “Əş-Şəbab” qruplaşmasının döyüşçüləri paytaxtı Moqadişoda prezident sarayının yaxınlığında yerləşən “Villa Rose” otelinə hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə “Somali Qardian” məlumat yayıb.

Hücum nəticəsində ölkənin təhlükəsizlik naziri Məhəmməd Əhməd yaralanıb.

Qruplaşmanın özünün yaydığı açıqlamada isə “Əş-Şəbab”ın prezident sarayına hücum etdiyi və hazırda döyüşçülər getdiyi deyilir.

Teqlər: