İran Cəkiqur sərhəd məntəqəsində hərbi qulluqçularla silahlı qruplaşma üzvləri arasında qarşıdurma olub.
AzerTimes xəbər verir ki, bu barədə İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi məlumat verib.
Məlumata görə, Cəkiqur sərhəd bölgəsində (Sistan və Bəlucistan) sərhədçilər ilə terror qruplaşması arasında baş vermiş silahlı toqquşmada dəstə üzvlərindən biri öldürülüb, 2-si yaralanıb. Bir nəfər isə qaçmağı bacarıb.
“Ərazinin axtarışı zamanı sərhədçilər ətrafdakı qamışlıqların arasından terrorçu qruplaşma üzvünün cəsədi ilə birlikdə üç əl qumbarası və bir kamikadze jileti tapıb”, – o bildirib.
Xatırladaq ki, bu, yanvar ayı ərzində Cəkiqur sərhəd məntəqəsində baş verən ikinci silahlı toqquşmadır.