Terimlə Luçeskunun oğlu arasında gərginlik – Foto

Terimlə Luçeskunun oğlu arasında gərginlik – Foto

“Panatinaikos”un baş məşqçisi Fateh Terimlə PAOK-un çalışdırıcısı Razvan Luçesku arasında gərginlik yaşanıb.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, insident çempionluq uğrunda mübarizə aparan komandaların Yunanıstan Superliqasının 20-ci turunun qarşılaşmasında baş verib.

Matçın 56-cı dəqiqəsində PAOK hesabı 2:1 öz xeyrinə dəyişərkən komandaların ehtiyat oyunçuları və baş məşqçiləri arasında qarşıdurma yaranıb. Polis müdaxilə edərək tərəfləri səkitləşdirib.

Qeyd edək ki, Razvan Luçesku məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğludur.

Əlavə edək ki, PAOK 2:1 hesablı qələbədən sonra 47 xalla lider, “Panatinaikos” isə 44 xalla 3-cüdür.

Teqlər: