“Panatinaikos”un yeni baş məşqçisi Fateh Terimin sözügedən klubda alacağı maaş müəyyənləşib.
AzerTimes xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.
Bildirilib ki, Fateh Terimin “Panatinaikos”dakı maaşı 900 min avro təşkil edəcək.
Qeyd edək ki, F.Terim “Panatinaikos”da İvan Yovanoviçi əvəz edib.