Rusiya qoşunları Ukrayna cəbhəsində təşəbbüsü ələ alır, düşmən böyük itkilər verir və öz resurslarını böyük ölçüdə boşa xərcləyir, özünün tərifli qondarma əks-hücumunun nəticələrini ağalarına göstərməyə çalışır.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında bildirib.
“Təmas xəttində vəziyyəti qiymətləndirərək əminliklə deyə bilərik ki, qoşunlarımız təşəbbüsü ələ alır. Biz lazım olanı və istədiyimizi edirik. Lazım olan yerdə mövqelərimizi təkmilləşdiririk”, – Putin bildirib.
Kreml rəhbərinin sözlərinə görə, Qərb hərbi texnikasının toxunulmazlığı haqqında mif də aradan qalxıb:
“Qərbdə, necə deyərlər, bizi hərbi-strateji məğlubiyyətə uğratmaq üçün edilən bütün cəhdlərin qarşısı əsgərlərimizin cəsarəti və mətanəti, eləcə də silahlı qüvvələrimizin gücü, yerli sənayenin və müdafiə istehsalının potensialı ilə alındı”.