Böyük Britaniya hökumətinin sabiq rəhbəri Tereza Mey koronavirusa qarşı peyvənd olunub.
AzerTimes-ın məlumatına görə, bu barədə siyasətçi özünün “Twitter” səhifəsində yazıb.
T.Mey bildirib: “İndicə koronavirusa qarşı peyvəndin ilk dozasını aldım. Peyvənd təhlükəsiz, təsirli və ağrısızdır. Növbəniz gələndə sizdə peyvənd olunun. Yalnız bir-birimizi qorumaqla virusu qalib gələ bilərik”.
Xatırladaq ki, Böyük Britaniyada koronavirusa qarşı vaksinasiya kampaniyası ötən ilin dekabr ayının 8-də başlayıb.