Xəbər - Maryana Əhmədova – Trend:
Biz Azərbaycan və BMT arasında tərəfdaşlığın 30 illiyi münasibətilə keçiriləcək tədbirlər üzərində Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi ilə birgə işləyirik.
Bunu Trend-ə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva deyib.
Onun sözlərinə görə, birinci tədbir martın 2-də, Azərbaycanın BMT-yə üzv olduğun gün, ikinci tədbir oktyabrın 24-də qeyd olunan BMT Günündə keçiriləcək.
V.Andreyeva qeyd edib ki, həmçinin tərəfdaşlığın 30 illiyinə həsr olunmuş bir sıra sərgilər, “dəyirmi masa” müzakirələri təşkil olunacaq.
O əlavə edib ki, tezliklə digər tədbirlərin cədvəli də elan olunacaq.
(Tərcümə: Orxan Nəbiyev)