Prodüser Təranə Səmədova yenidən həbs edilib.
AzerTimes xəbər verir ki, bu haqda sosial şəbəkədə prodüser Tarix Əliyev (Tolik) məlumat verib:
“Sözün bitdiyi an… Baxmayaraq ki, bir neçə ildir ki, prodüserlikdən uzağam, amma necə də olsa ölkədə beş prodüser tanınırdısa, biri də Təranə Səmədova idi. İnsan həyatda səhv əhatəyə düşə bilər. Amma bir dəfə də olsa bir səhvlik ucbatından özünü və balalarını sınağa çəkilməsinə səbəb olan addım atırsa, gərək tez bir zamanda əhatəsini dəyişsin. Allah Təranənin qapısını açsın. Ən əsas da balalarına səbr versin. Deyəcək başqa sözüm yoxdur”.
Tarix Əliyev onu da deyib ki, Təranə Səmədovanın övladları uşaq evinə verilib.
Qeyd edək ki, Təranə Səmədova bir dəfə də həbs olunub.