İranlı məşhur aktrisa Təranə Əlidusti yalan məlumat yaymaq və anti-İran hərəkatını dəstəkləmək ittihamı ilə həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd edək ki, aktrisa dünən saxlanılmışdı.
Əlidusti “Satıcı”, “Gözəl şəhər” (“Şəhr-e ziba”, 2009), “Hər kəsin öz kinosu var” (“Chacun son cin ma”, 2007), “Ellinin hekayəsi” (“Darbareye Elly”, 2009) kimi filmlərdə də rol alıb.