Saratov vilayətindəki Engels aerodromuna Ukrayna ərazisində təlim keçmiş qruplar hücum edib.
AzerTimes xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Engelsdə rus təyyarələrinə qarşı terakt bir neçə ay əvvəl həyata keçirildi. Kosmosdan çəkilən görüntülərdə biz Rusiyanın strateji təyinatlı təyyarələrinin zədələndiyini gördük”, – Lukaşenko bildirib.