Moskvadakı “Krokus Siti Holl” kompleksində baş verən terror aktı nəticəsində ölənlərin ilkin siyahısı açıqlanıb.
AzerTimes xəbər verir ki, siyahını Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.
Həlak olanlardan 13-nün kimliyi müəyyənləşdirilib və adı siyahıya salınıb.
Siyahıda 1983-cü il təvəllüdlü Vüqar Fuad oğlu Hüseynov adlı azərbaycanlı da var.
Qeyd edək ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin məlumatına görə, V.Hüseynovun Rusiya vətəndaşı olduğu ehtimal edilir.