Bu gün saat 08:30 radələrində Çarxı stansiyası yaxınlığında ADY-yə məxsus teplovoz hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-FR-207 olan “Mersedes” markalı avtomobil dəmiryol keçidində qəflətən qatarın qarşısına çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.
Bildirilib ki, toqquşma nəticəsində xəsarət alan olmayıb:
“Teplovozun müəyyən hissələri zədələnib və dəmiryol infrastrukturuna ziyan dəyib”.