İyunun 28-də Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva Azərbaycana rəsmi səfərə gəlib.
AzerTimes xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında, Azərbaycan-Özbəkistan Qadın sahibkarlarının ikitərəfli biznes forumunda iştirak edəcəkdir.
Rəsmi səfər iyulun 2-də başa çatacaq.