Tənqidçi Mehman Qaraxanoğlunun “Kamal Abdulla: yaradıcılıq stixiyası” adlı kitabı nəşr olunub.
AzerTimes xəbər verir ki, ədəbi-tənqidi təhlillər, esselərdən ibarət 392 səhifəlik kitab “Füyuzat” nəşriyyatında dərc edilib.
Kitabın redaktoru Maral Yaqubova, elmi redaktoru Muxtar İmanovdur.
“Kamal Abdulla: yaradıcılıq stixiyası” kitabında xalq yazıçısı, akademik Kamal Abdullanın elmi və bədii yaradıcılığı çağdaş Azərbaycan və dünya ədəbi prosesinin elmi-nəzəri problemləri müstəvisində tədqiqə cəlb olunur.