Tenderi əlimizdən almasınlar deyə 1 milyon manat verdim – Vilyam Hacıyevin məhkəməsində şahid

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə zərərçəkmiş şəxs “MPC” MMC-nın təsisçisi Elnur
Musayev bildirir ki, İmişli İcra Hakimiyyəti binasının tikilməsində
bir neçə layihə təqdim edib.

“Tenderdə layihəmiz qalib oldu. Binanı tikməyə başladıq. Binanın
tikintisi üçün 6 milyon 200 min manat məbləğdə müqavilə
imzalamışıq. Amma 4 milyona yaxın məbləğ verildi. Onun da 18%-i
ƏDV-ə çıxıldı.

Layihəmizi əlimizdən almamaq üçün məndən 990 min manat tələb
etdilər. Həmin məbləği Sahilə xanıma verdim. Pulu hissə-hissə
vermişəm. Dedi ki, tenderin alınmaması üçün pul Vilyam Hacıyevə
veriləcək. Pulu verdikdən sonra heç bir problem olmadı. Layihənin
təqdimatında iki dəfə Vilyam Hacıyevlə görüşmüşük”, – zərərçəkmiş
bildirib.

Vilyam Hacıyev isə şəxsi tanımadığı və heç zaman görüşmədiyini
deyir.

Vilyam Hacıyev zərərçəkmişə maddi marağı olduğu üçün rüşvət
verdiyini deyib:

“Mən sənin verdiyin ifadələri yalan hesab edirəm. Mən sizdən
rüşvət tələb etməmişəm. Əgər mənlə real görüşüb o pulu
verməmisənsə, niyə rüşvət istədiyimi deyirsən?

Bəlkə, Sahilə xanım aparıb pulu Kür, Araz çayına atıb.
Qeyri-qanuni pulu kimə vermisənsə, get onla danış. Mənə pul
verməmisən. Sən qanunsuz iş görmüsən.
Sən yalan deyirsən. Əgər maddi marağın olması idi o qədər yüksək
məbləğdə pul verməzdin”.

Digər zərəçəkmiş tikinti materialları istehsal edən Nakim
Şərəfov isə deyib ki, 2019-cu ildə onu icra hakimiyyətinə dəvət
edib, rayon tədbirlərinin təşkilinə görə 2 min 500 manat tələb
edoblər: “Başçı dedi ki, apar pulu mühasibatlığa ver. Mən də
verdim.

İşlədiyimiz sahədə kənd əhalisi ilə narazılıq yarandı. İcazə
vermirdilər işləməyə, qanunsuz adlandırırdılar. Gəldim icra
hakimiyyətinin qəbulunda oldum. Dedi ki, sənə kömək edərəm amma
rayonda tədbirlərin təşkili üçün 10 min manat lazımdı.

Dedim ki, 10 min manatım yoxdu amma bacardığımı verərəm. 8 min
500 manat verdim. Məbləği verdikdən sonra işləri davam
etdirdik”.

Təqsirləndirilən şəxsin vəkili ifadələrin yarımçıq olduğunu,
məbləğlərin tam açıqlanmasının vacibliyini vurğulayıb.

Zərərçəkmiş Oqtay Gülmalıyev isə deyib ki, İmişlidə ev almağa
görə icra hakimiyyətinə müraciət edib.

“Baş mühasib Cəmil Musayevlə danışdım. 15 min manat pul verib ev
aldım. Mənzil növbəsinə durmamışam. Pul verdiyim üçün buna ehtiyac
olmadı. Ev mənim adıma alınmadı. Əlilliyim vardı, amma evi pul
verib aldım. Müharibə veteranının adına olan evi mən aldım. Çünki
deyirdilər ki, veteran adından müraciət ediləndə ev almaq asan
olur”-zərərçəkmiş bildirib.

Digər zərərçəkmiş Kamran Nuriyev isə deyib ki, babaslndan qalan
torpaq sahəsini rəsmiləşdirmək üçün icra hakimiyyətinə müraciət
edib: “Sərəncamın verilməsi üçün 800 manat pul tələb etdilər. 3-4
gün ərzində pulu toplayıb icra hakimiyyətinə təqdim etdim. 1 həftə
sonra sərəncam verildi”.

Məhkəmənin növbəti iclası aprelin 18-ə təyin edilib

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: