Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraiti davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən AzerTimes-a verilən məlumata görə, şimal-qərb küləyi 15-20 m/s, 20-22-də isə arabir 23-28 m/s olacaq.
Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.
Azərbaycanın rayonlarında iyulun 22-si gündüz şimal və qərb rayonlarından başlayaraq 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5° aşağı enəcək.