Təmiz şəhər konsepsiyasından təmiz ölkə konsepsiyasına keçməyin vaxtıdır – Komitə sədri

Xəbər - Elçin Mehdiyev – Trend:

Təmiz şəhər konsepsiyasından təmiz ölkə konsepsiyasına keçməyin vaxtıdır.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qurbanov bildirib ki, Bakıda bəzi müəssisələr ekologiyanı çirkləndirir, ekologiyanın çirklənməsinin qarşısını almaq üçün müaviq texnologiyalardan istifadə etmir. Komitə sədri bu sahədə nəzarət artırılmasını vacib hesab edib.


S.Qurbanov bərk məişət tullantıların daşınması ilə bağlı vəziyyətin də ürəkaçan olmadığını bildirib. O qeyd edib ki, bununla bağlı regionlarda vəziyyət yaxşı deyil və bərk məişət tullantılarının vaxtında daşınmaması torpaqlara ciddi ziyan vurur. Komitə sədri bərk məişət tullantılarının danşınması fəaliyyətinə özəl sektorun da cəlb olunmasını məqsədəuyğun hesab edib.

Teqlər: