“Təmiz Şəhər” ASC növbəti qanvermə aksiyası keçirib (FOTO)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsinə dəstək məqsədilə “Təmiz Şəhər” ASC-nin əməkdaşları martın 15-də qanvermə aksiyası keçiriblər.

Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələrinin iştirakı ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda təşkil edilən aksiyada ASC-nin 100-ə yaxın əməkdaşı, həmçinin Balaxanı Sənaye Parkının rezidentlərinin nümayəndələri qan veriblər. Aksiya çərçivəsində toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.


Qeyd edək ki, “Təmiz Şəhər” ASC “Talassemiyasız həyat naminə” layihəsinə qoşulmaqla, indiyədək 15 dəfə qanvermə aksiyası təşkil edib və qan xəstəliklərindən əziyyət çəkən çoxlu sayda insanın qanla təmin olunmasına dəstək göstərib. ASC bu sahədə fəaliyyətinə görə Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Teqlər: