Təmir işlərinə Kapital Bankla başlayın

Kapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını
qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit
aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir.
Bu dəfə mənzilini, həyət evini, bağını, qeyri-yaşayış sahəsini və
ya obyektini təmir etmək istəyənlər və digər məqsədlər üçün
əmlaklarını girov qoymaqla Kapital Bank-dan 100 000 manatadək
kredit ala bilərlər.

Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və
ya Sumqayıt ərazisində olmalıdır. Maksimum 7 il müddətinə verilən
kreditin illik faiz dərəcəsi minimum 15% təşkil edir.

Kredit verildikdə təminat qismində olan mənzillərə sığorta tələb
edilmir. Yalnız fərdi tikili və ya qeyri-yaşayış sahələri
sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+994 50)
999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti
sifarişi üçün – https://ipoteka.kapitalbank.az/,
Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi
üçün – https://kbl.az/tkstcrd.

Teqlər: