Kapital Bank hər zaman müştərilərin pula olan tələbatlarını qarşılamaq üçün endirimli və güzəştli şərtlərlə müxtəlif kredit aksiyaları keçirir, həmçinin məhsulların şərtlərini sadələşdirir. Bu dəfə mənzilini, həyət evini, bağını, qeyri-yaşayış sahəsini və ya obyektini təmir etmək istəyənlər və digər məqsədlər üçün əmlaklarını girov qoymaqla Kapital Bank-dan 100 000 manatadək kredit ala bilərlər.
AzerTimes xəbər verir ki, şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Maksimum 7 il müddətinə verilən kreditin illik faiz dərəcəsi minimum 15% təşkil edir.
Kredit verildikdə təminat qismində olan mənzillərə sığorta tələb edilmir. Yalnız fərdi tikili və ya qeyri-yaşayış sahələri sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti sifarişi üçün – https://ipoteka.kapitalbank.az/, Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.