Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.
Təlimlər martın 18-dək davam edəcək.