Televiziyalarda ailəsi olmayan ailədən danışır – Mərdənov

Televiziyalarda ailəsi olmayan ailədən danışır – Mərdənov

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib.

AzerTimes Report-a istinadən xəbər verir ki, o, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən televiziyalarda ailəsi olmayanın ailədən, tərbiyəsi olmayanın isə tərbiyədən danışdığını deyib.

“Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, – M.Mərdanov bildirib.

Teqlər: