Ümumölkə televiziya və radio yayımçılarında 4374 nəfər fəaliyyət
göstərir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan
Respublikası Audiovizual Şurasının 2021-ci il üçün audiovizual
industriya bazarının illik qısa analizində bildirilib.
Qeyd edilib ki, onlardan 4011 nəfər televiziya, 363 nəfər isə
radio sahəsində məşğuldur.
Dövlət büdcəsindən maliyyələşən yayımçılarda (AZTV, Mədəniyyət
TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu) 1920 nəfər,
dövlət büdcəsindən maliyyələşməyən yayımçılarda (Space TV, ATV,
Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV, Space Radio, Azad
Azərbaycan Radio, 106FM, Xəzər FM, Araz Radio, Media FM, Radio
Enerji, Radio TMB, ASAN Radio, Avto FM) isə 2454 nəfər işləyir.