Televiziya kanallarında aparılan dil monitorinqlərinin nəticəsi açıqlanıb

Xəbər - Humay Ağacanova – Trend:

Televiziya kanallarında aparılan monitorinqlər zamanı 6000 dil
qüsuru qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzinin direktor müavini Gülarə Əmirova
“Televiziyaların dili monitorinq aynasında” adlı tədbirdə çıxışı
zamanı deyib.

O bildirib ki, qeydə alınan dil qüsurlarından 4753-ü hesabata
daxil edilib.

“Onlardan 1017-si orfoepik, 233-ü orfoqrafik, 1346-sı leksik,
651-i qrammatik, 1506-sı isə üslub və ifadə səhvidir”, – G.Əmirova
deyib.

Teqlər: