Televiziya kanallarında 6000-dən çox səhv aşkarlanıb – Monitorinq Mərkəzinin sədri

Xəbər - Çingiz Səfərli – Trend:

Televiziyaların monitorinqi zamanı 6000-dən çox səhv aşkarlanıb.

Bunu AzerTimes-a açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva deyib.

Onun sözlərinə görə, televiziyaların monitorinqinin emal prosesi başa çatıb, yaxın vaxtlarda hesabat ictimaiyyətə açıqlanacaq.


“Ümumi səhvlərin 4800-ü hesabatda əksini tapıb. Amma ən çox təəssüf doğuran məqam odur ki, bunun təxminən 1500-ü üslub səhvidir. Hər bir aparıcının özünün televiziyaya gətirmək istədiyi üslub var. Təsəvvür edin ki, televiziya qarşısında oturan tamaşaçı aparıcının üslubunda Azərbaycan dili ilə tanış olur. İkinci narahatlıq doğuran məsələ aparıcının səviyyəsi, efirdə olduğunu unutması, dəvət etdiyi qonaqla istədiyi səviyyədə danışmasıdır. 2-3 kanaldan başqa, demək olar ki, bütün kanallarda bunu müşahidə edirik” – deyə, o bildirib.

Teqlər: