Teleqram Ukraynanın milli təhlükəsizliyinə təhdiddir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
“Teleqram zərərlidir. Mən bunu deməkdən heç vaxt çəkinməmişəm. Bu, milli təhlükəsizliyimizə təhdiddir. Hətta bunu sənədləşdirmişik. Araşdırmamıza görə, Teleqram cəmiyyətdə əsas informasiya mənbəyidir. O, tamamilə hər şeyi üstələyib. Mən, sadəcə, onu bağlamağın tərəfdarı deyiləm. Bunu etmək olduqca çətindir, lakin mümkündür”, – Budanov vurğulayıb.
Qeyd edək ki, Baş Kəşfiyyat İdarəsinin rəhbəri X-in zərərsiz olduğunu bildirib.