Teleqram qaydaları dəyişdi: Şəxsi söhbətlər qorunmayacaq

Teleqram qaydaları dəyişdi: Şəxsi söhbətlər qorunmayacaq

Pavel Durovun Fransada saxlanılmasından sonra Teleqram təhlükəsizlik siyasətini dəyişib və şəxsi söhbətlərin moderasiyasına (Moderatorların qaydalara və istifadəçi kontentinin idarə edilməsinə (UGC) nəzarət) başlamaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.

Məlumata görə, Teleqram dünən özünün tez-tez verilən suallar (FAQ) səhifəsindən şəxsi söhbətlərin qorunduğuna dair məlumatı silib.

Messencerin rəhbərliyi bildirib ki, bütün Teleqram proqramlarında qeyri-qanuni məzmun barədə moderatorlara məlumat verməyə imkan verən “Report” düyməsi var.

Bundan əlavə, Teleqram istifadəçilərin moderatorlardan məzmunun silinməsini tələb etmək üçün e-mail ünvanı da yerləşdirib.

Teqlər: