Teleqram sosial platformasının məxfilik siyasətində yenilənmə edilib.
AzerTimes xəbər verir ki, bu barədə şəbəkənin həmtəsisçisi Pavel Durov məlumat verib.
Qeyd olunub ki, bundan sonra messencerin qaydalarını pozan şəxslərin IP ünvanları və telefon nömrələri əsaslandırılmış hüquqi sorğulara cavab olaraq müvafiq qurumlara açıqlana bilər.