Teleqram hesabları oğurlanır: Qarşısını necə alaq? – Video

Teleqram hesabları oğurlanır: Qarşısını necə alaq? – Video

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) Teleqram hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edir.

Bu barədə AzerTimes-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

“Hal-hazırda vətəndaşların Teleqram hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı ETX tərəfindən müvafiq araşdırmalar aparılır. Vətəndaşlara Teleqram hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur. Aktivləşdirmə prosesinin həyata keçirilməsi bağlı məlumatı aşağıdakı videodan öyrənə bilərsiniz”, – deyə məlumatda qeyd olunub.

Teqlər: