Telekommunikasiya sənayesində sürətli inkişaf zəruridir – “Azercell”in keçmiş prezidenti (ÖZƏL)

Telekommunikasiya sənayesində sürətli inkişaf zəruridir.

Bunu Moldovanın sabiq baş naziri, “Azercell”in keçmiş prezidenti Kiril Qaburiç VIII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, telekommunikasiya sənayesi artıq əvvəlki kimi deyil:

“İndi mobil telefon bizə daha çox imkanlar verir. Mobil telefonlar üçün ən əsas məsələ internetə çıxış imkanıdır. Ona görə bu istiqamətdə mümkün qədər sürətlə inkişaf etmək lazımdır. İnternet əlçatan olduqca, müştəri sayı və operatorlar üçün mənfəət artacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

(Tərcümə: Orxan Nəbiyev)