Bu anda kimsə telefonunuzda nə var, nə yox hamısını görə,
mesajlarınız, şəkilləriniz hamısı onun əlində ola bilər. Hətta bu
yazını oxuyanda belə sizi izləyə bilərlər.
Bəs bu necə olur və bunun qarşısını almaq
mümkündürmü?
Texnologiyanın inkişaf etməsi ilə bərabər telefonlar da dəyişdi.
Həyatımızı asanlaşdıran bu telefonlar pis niyyətli insanların da
işini rahatlaşdırır. Bu “ağıllı” telefonlar bizə bir çox çətin
işləri asan etməyə imkan verir.
“Ağıllı” telefonlara casus proqramı, yəni bizi izləyən tətbiqlər
və ya proqramlar yükləmək çətindir?
Əvvəllər çətin idi, amma son illər bu çox asanlaşıb. Dünyanın ən
varlı iş adamı “Amazon”un sahibi Jeff Bezosun telefonuna bir neçə
il əvvəl casus programı yüklənmişdi. Jeff Bezos Səudiyyə
şəhzadələrinin biri ilə danışarkən şahzadə ona “whatsapp”la bir
video göndərib. Bezos o videoya baxarkən arxa planda telefonuna
cəsus programı yüklənib. Dünyanın ən varlı iş adamının da başına bu
gələ bilir.
Tez tez insanlar düşünür ki, “Mən kiməm? Niyə mənim telefonuma
qulaq assınlar”. Çünki sizi izləməkdən xoşu gələn biri ola bilər,
bu şəxs həyat yoldaşınız, sevgiliniz ola bilər və telefonunuza
cəsus programı yaza bilər. Ya da hər hansı fırıldaqçılıq fəaliyyəti
içində telefonunuza casus proqramı yüklənə bilər.
Yəni bu misallar çox ola bilər. Bəzən casus proqram yükləyənlər
bu proqramların yararlı olduğunu düşünürlər. Bu həmişə belə olmaya
bilər. İstifadə edilən bu proqramlar təhlükə mənbəyidir. Belə
halların qarşısını almaq üçün maksimum dərəcədə diqqətli olmaq və
bu kimi xüsusi proqramlardan istifadə etməmək məsləhət görülür.