Telefon söndürüldükdə də radiasiya yayır?

Ətrafımızdakı bütün smartfonlar radiasiya yayır. Radiasiyaya
uzun müddət və yüksək dozada məruz qalmaq həyati tarazlığı pozur.
Smartfonlar isə bizə ən çox zərər verən süni şüalanma mənbələri
arasındadır.

Telefon söndürüldükdə radiasiya yayırmı?

Çox güman ki, gözlədiyiniz cavab “Xeyr” idi, amma belə deyil.
Telefonların radiasiya yayma səviyyəsi modeldən modelə fərqlənir.
Elə cihazlar var ki, hətta söndürüldükdə belə bu təhlükə qalır.
Doğrudur, köhnə mobil telefonların əksəriyyəti söndürüldükdə
radiasiya yaymır. Smartfonlarda isə bəzi funksiyalar söndürüldükdə
belə arxa planda işləməyə davam edir.

Telefon açıq, lakin ekranı sönük olanda radiasiya
yayır?

Telefonlar ən çox işə salındıqda və istifadə edildikdə radiasiya
yayır. Çünki mesaj yazmaq, e-poçt göndərmək və ya zəng etmək
telefondan birbaşa simsiz əlaqə qurmağı tələb edir. Bu
əməliyyatları siqnal gücü az olan bir ərazidə həyata
keçirirsinizsə, radiasiya emissiyası daha da artacaq. Çünki
telefonunuz yaxşı əlaqə yaratmaq üçün daha çox enerji sərf etməyə
başlayır.

Telefonların yaydığı radiasiyanın zərərindən necə
qorunmaq olar?

Telefonların yaydığı radiasiyanı ən aşağı səviyyədə saxlamaq
istəyirsinizsə, verə biləcəyimiz ən təsirli məsləhət telefonunuzu
söndürməkdir. Lakin biz onu da bilirik ki, dövrümüzdə bu tövsiyəni
həyata keçirmək demək olar ki, mümkün deyil. Buna görə də telefon
açıq olarkən görəcəyiniz ehtiyat tədbirləri üzərində dayanacağıq.
İndi telefon açıq olarkən nə edilə biləcəyinə baxmağa başlayaq.

Telefonu bədəninizə çox yaxın tutmayın.

Telefonların bədənə toxunduqda və ya cibdə daşınarkən yaydığı
radiasiya daha çox təsiredicidir. Bu səbəbdən telefonu cibdə yox,
çanta və ya telefon qabında daşımaq tövsiyə olunur.

Telefondan istifadə etmədiyiniz zaman “WiFi” və “Mobil
data”nı söndürün.

“WiFi” və “Mobil data” funksiyaları aktiv olduğu müddətcə
telefonunuz daim qoşulu qaldığı üçün radiasiya yaymağa davam
edəcək. İstifadə etmədiyiniz zaman internet bağlantısını
söndürməklə, telefonun yaydığı radiasiyadan özünüzü ciddi şəkildə
qoruya bilərsiniz. Məsləhət görülür ki, radiasiyadan qorunmaq üçün
saxta telefonlardan da istifadə etməyəsiniz.

Teqlər: