Teledərslərin sayının artırılması planlaşdırılır – Dövlət Agentliyi

Xəbər - İlhamə İsabalayeva – Trend:

Ola bilsin ki, pandemiyadan sonra peşə təhsili ilə bağlı “Teledərs”lərin efir yayımında müəyyən dəyişikliklər olsun. Amma onlayn olaraq, müxtəlif videoplatformalarda- həm Təhsil Nazirliyinin, həm də sosial platformalarda bu dərslərin yayımlanması davam olunacaq.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Zaur Əliyev deyib.

Onun sözlərinə görə, bu dərslərin sayının da artırılması planlaşdırılır:

“Agentlik tərəfindən teledərslərin çəkilişi davam etdirilir. Bu, qarşımızda yeni imkanlar da açıb. Bu imkanlardan biri elektron tədris resurslarının yaradılmasıdır. Ünsiyyətdə olduğumuz təhsilverənlər və tələbələrdən aldığımız məlumatlar da bu tip vəsaitlərin çox faydalı olması və biliklərin əldə olunmasında nisbətən əlçatan resurs olduğunu göstərir. Bu istiqamətdə fəaliyyətimiz daha da genişlənəcək.”.

Teqlər: