Xəbər - Elçin Mehdiyev – Trend:
Təhsil Tələbə Kredit Fondunun kreditləri yalnız ölkə daxilində təhsil üçün nəzərdə tutulur.
AzerTimes-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir qeyd edib ki, fondun kreditləri xaricdə təhsili əhatə etməyəcək: “Bilirsiniz ki, xaricdə təhsil üçün dövlət proqramları var. Fondun məqsədi isə ölkə daxilində ali təhsilə əlçatanlığı artırmaqdır”